YapiKredi Müraciət Forması
Sosial

Aliment pulu artırıldı

Aliment pulu artırıldı

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində nəzərdə tutulub. Layihəyə əsasən, gələn il uşaqlar üçün yaşayış minimumu 274 manat müəyyən ediləcək. Hazırda bu göstərici 260 manatdır.