Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.
Demokrat.az APA-ya istinadən bildirir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılması ilə bağlı məlumat yayılıb.


