YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Doğum tarixiniz hansı planetlə əlaqəlidir? - Rəqəmlərin numeroloji mənası

Doğum tarixiniz hansı planetlə əlaqəlidir? - Rəqəmlərin numeroloji mənası

Numerologiyaya görə, insanın doğulduğu gün müəyyən planet və ya səma cismi ilə əlaqələndirilir. Bu sistemdə doğum tarixinə uyğun rəqəmin insanın xarakteri, meyilləri və həyatdakı seçimləri barədə məlumat verdiyi iddia olunur.

Demokrat.az-ın "Times of India" nəşrinə istinadən yaydığı məlumata görə, bunun üçün doğum gününün rəqəmlərini toplayaraq birrəqəmli nəticə əldə etmək lazımdır.

Məsələn, ayın 24-də doğulan şəxsin rəqəmi 2+4=6 hesablanır. Numeroloji ənənədə 6 rəqəmi Venera ilə əlaqələndirilir.

Doğum rəqəmləri və uyğun planetlər

- 1 – Günəş: Ayın 1, 10, 19 və 28-də doğulanlara aid edilir. Hakimiyyət, güc və nüfuza can atmaqla əlaqələndirilir.
- 2 – Ay: Ayın 2, 11, 20 və 29-da doğulanları əhatə edir. Emosiyalar, intuisiya və həssaslıqla əlaqələndirilir.
- 3 – Yupiter: Ayın 3, 12, 21 və 30-da doğulanlara aid edilir. Müdriklik, təhsil və bilik axtarışını simvolizə edir.
- 4 – Rahu: Ayın 4, 13, 22 və 31-də doğulanlarla əlaqələndirilir. Ambisiya, gözlənilməz dəyişikliklər və qeyri-adi seçimlərlə bağlanır.
- 5 – Merkuri: Ayın 5, 14 və 23-də doğulanları əhatə edir. Ünsiyyət, intellekt və çevik düşüncə ilə əlaqələndirilir.
- 6 – Venera: Ayın 6, 15 və 24-də doğulanlara aid edilir. Sevgi, gözəllik, incəsənət və rahatlığı simvolizə edir.
- 7 – Ketu: Ayın 7, 16 və 25-də doğulanlarla əlaqələndirilir. Mənəvi axtarış və daxili dünyaya yönəlmə ilə bağlanır.
- 8 – Saturn: Ayın 8, 17 və 26-da doğulanları əhatə edir. İntizam, səbir, məsuliyyət və zəhməti simvolizə edir.
- 9 – Mars: Ayın 9, 18 və 27-də doğulanlara aid edilir. Enerji, qətiyyət və məqsədlər uğrunda mübarizə ilə əlaqələndirilir.

Numeroloji ənənədə bu rəqəmlərlə həftənin günləri və müəyyən rənglər də əlaqələndirilir. Məsələn, Günəş üçün bazar günü, Merkuri üçün çərşənbə, Venera üçün isə cümə günü uyğun hesab olunur.

Jalə