YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Toyuq sinəsinin quru alınmaması üçün sadə üsul - Qəssabın məsləhəti

Toyuq sinəsinin quru alınmaması üçün sadə üsul - Qəssabın məsləhəti

Toyuq sinəsi düzgün hazırlanmadıqda quru və sərt ola bilər. Lakin qəssabların tövsiyə etdiyi sadə bir üsul ətin daha yumşaq və şirəli qalmasına kömək edə bilər. Bunun üçün əsas diqqəti ətin necə doğranmasına yönəltmək lazımdır.

Demokrat.az xəbər verir ki, ispan qəssab Mariano Sançes bu üsulun toyuq ətinin teksturasına təsir etdiyini bildirib. "El Español" nəşrinin yazdığına görə, əsas məqam əti əzələ liflərinin istiqamətinə uyğun deyil, onların əksinə doğramaqdır.

Əti necə doğramaq lazımdır?

İlk növbədə toyuq sinəsinin əsas hissəsindən iç tərəfdə yerləşən kiçik file ayrılır. Bu hissə quşun daha zərif ət parçalarından hesab olunur.

Daha sonra ət parçasının istiqaməti dəyişdirilir və əzələ liflərinə perpendikulyar, yəni lifləri kəsəcək şəkildə doğranır. Bu üsul liflərin qısalmasına kömək edir və ətin çeynənməsini asanlaşdırır.

Toyuq sinəsinin daha şirəli alınması üçün təkcə doğrama üsulu kifayət etmir. Ətin həddindən artıq bişirilməməsi də vacibdir. Bundan əlavə, bəzi aşpazlar bişirməzdən əvvəl toyuğu duzlu suda saxlamağı və ya süddə marinad etməyi məsləhət görürlər.

Bu üsullar birlikdə tətbiq edildikdə toyuq sinəsinin daha yumşaq və ləzzətli alınmasına kömək edə bilər.

Jalə