YapiKredi Müraciət Forması
Özəl Maliyyə

Kredit faizləri niyə dəyişdi? — Açıqlama

Kredit faizləri niyə dəyişdi? — Açıqlama

Azərbaycanda 2026-cı ilin üçüncü rübündə məişət avadanlıqlarının alınması, yaşayış sahəsinin təmiri və digər istehlak kreditləri üzrə orta faiz dərəcələri azalıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlər isə əvvəlki rübün səviyyəsində qalıb.

İstehlak kreditləri üzrə faizlərin dəyişməsinə hansı amillər təsir edir?

Demokrat.az-a bu barədə danışan bank məsələləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, istehlak kreditləri üzrə faizlərin azalmasını qiymətləndirərkən kreditlərin verilməsi üçün istifadə olunan vəsaitlərin maya dəyərinə diqqət yetirmək lazımdır:

Kredit faizləri niyə dəyişdi? — Açıqlama

"Hazırda bank sektorunda vəsait artıqlığı müşahidə olunur. Banklar mövcud vəsaitləri daha əlverişli şərtlərlə yerləşdirmək üçün faiz güzəştləri tətbiq edə bilərlər.

Ümumilikdə, xüsusilə üçüncü rübdə peşə bayramları və əlamətdar günlərlə əlaqədar endirim kampaniyaları keçirilir. Məsələn, Neftçilər Günü, Müəllimlər Günü və digər əlamətdar hadisələrlə əlaqədar həmin sahələrdə çalışan şəxslər üçün xüsusi endirimlər təşkil olunur. Bu kampaniyalar bəzi kredit məhsulları üzrə faiz dərəcələrinin azalmasına səbəb olur. Ümumi azalma meyillərini nəzərə alsaq, ilk növbədə vəsaitlərin maya dəyəri, daha sonra isə kreditlərin təqdim edildiyi kanallar və məhsullara olan tələbat əsas götürülməlidir. Kredit məhsullarını müştərilər üçün daha cəlbedici etmək və daha geniş auditoriya cəlb etmək məqsədilə faiz endirimləri tətbiq olunur. Belə kampaniyalar mütəmadi xarakter daşıyır. Məhz buna görə bəzi kredit məhsulları üzrə faizlər azalır, digərlərində isə sabit qalır. Bu tendensiyalara əvvəlki illərdə də rast gəlinib. Ötən dövrlərin göstəriciləri ayrı-ayrı kredit məhsulları üzrə faiz azalmalarının baş verdiyini göstərir".

Emin Kərimov qeyd edib ki, məişət avadanlıqlarının alınması və yaşayış sahəsinin təmiri üçün kreditlərə davamlı tələbat var:

"Bu səbəbdən banklar müştəri sayını artırmaq və məmnuniyyəti qorumaq məqsədilə müəyyən dövrlərdə məişət avadanlıqları və təmir kreditləri üzrə faiz endirimləri tətbiq edə bilərlər. Belə addımlar kredit portfelində həmin məhsulların payını artırmağa və onları müştərilər üçün daha cəlbedici etməyə xidmət edir. Məişət avadanlıqları və təmir kreditləri bazarda davamlı tələbat olan məhsullar sırasındadır. Bu kreditlərin daha əlçatan olması və geniş müştəri qrupunu əhatə etməsi üçün banklar müəyyən dövrlərdə faizləri azalda bilirlər. Avtomobil kreditlərinə gəldikdə isə əvvəlki illərlə müqayisədə bazarda yeni texnologiyalara əsaslanan, o cümlədən hibrid və elektrik avtomobillərinə, eləcə də sıfır yürüşlü avtomobillərə maraq var. Satış şərtləri avtomobillərə olan tələbatın sabit qalmasına imkan verdiyindən hazırda faiz endirimlərinə ciddi ehtiyac yaranmır. Buna görə də avtomobil kreditləri əvvəlki faiz dərəcələri ilə təklif olunur. Məişət avadanlıqları və təmir kreditləri üzrə isə mövcud tələbat və məhsulların müştərilər üçün daha cəlbedici edilməsi zərurəti faiz endirimlərini şərtləndirə bilər. Bundan başqa, məişət avadanlıqlarının ixtisaslaşmış mağazalardan kreditlə alınması banklarla mağazalar arasında rəqabət yaradır. Banklar da rəqabətə davam gətirmək, müştəri məmnuniyyətini qorumaq və daha çox müştəri cəlb etmək üçün müəyyən dövrlərdə kredit və endirim kampaniyaları çərçivəsində faizləri azalda bilərlər".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir