YapiKredi Müraciət Forması
Avto

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsinin kənarlarındakı qara haşiyəni görüb bəlkə də adi dizayn hesab edənlər çoxdur. Lakin əslində, bu haşiyənin mövcudluğu, ilk növbədə, şüşənin quraşdırılma üsulu ilə müəyyən edilir.

Ön və arxa şüşələr adətən poliuretan yapışdırıcı vasitəsilə avtomobilin kuzovuna bərkidilir.

Bu, suyun salona sızmasının qarşısını alan möhkəm bir birləşmə yaradır. Lakin zaman keçdikcə günəşdən gələn ultrabənövşəyi şüalar bu yapışdırıcını zədələyə və birləşməni zəiflədə bilər. Birləşmənin daha uzun müddət davamlı qalmasını təmin etmək üçün o, həmin şüaların qarşısını alan qara xırda nöqtəli haşiyə qoyulur.

Hətta günəşliklər aşağı salındıqda belə, günəş işığı bəzən qalan boşluqdan keçərək sürücünün yolu görməsinə mane ola bilər. Ön şüşənin yuxarı hissəsindəki nöqtələr bu şüaların bir qisminin qarşısını alır və sürücüyə parlaq, birbaşa günəş işığı altında belə yolu aydın görməyə imkan verir.

Bu haşiyə uzunmüddətlidir, onu su və ya adi şüşə təmizləyici vasitələrlə silib aparmaq mümkün deyil. Çünki bu, yüksək temperaturda bişirilmə üsulu ilə şüşəyə hopdurulmuş keramik örtükdür. İstehsal zamanı şüşənin üzərinə trafaret vasitəsilə xüsusi bir qarışıq çəkilir, daha sonra şüşə xüsusi sobaya yerləşdirilir və nəticədə naxış səthə daimi olaraq birləşir.

Tünd qara tədricən şəffaf şüşəyə qarışır. O, keçidi yumşaltmağa xidmət edir və çox nəzərə çarpacaq kəskin, qəfil sərhədin yaranmasının qarşısını alır. (bizim.media)