YapiKredi Müraciət Forması
Avto Özəl

Maşın almaq istəyənlərin nəzərinə... — Tələsməyin!

Maşın almaq istəyənlərin nəzərinə... — Tələsməyin!

Azərbaycanda avtomobil almaq istəyənlər çətin seçim qarşısındadır. Kredit şərtləri və qiymətlər ailə büdcəsinə güclü təsir göstərir. Ehtiyaclar isə qərar verməyi daha da çətinləşdirir.

Bəs hazırda avtomobili kreditlə almaq nə dərəcədə sərfəlidir və hansı hallarda alış qərarını təxirə salmaq daha məqsədəuyğundur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtomobil almaq üçün uyğun müddəti və vaxtı müəyyənləşdirmək bir qədər mürəkkəb məsələdir. Onun sözlərinə görə, hər bir şəxsin ailə büdcəsi və aylıq gəlirləri fərqli olduğundan, xərclərini gəlirlərinə uyğun planlaşdırdıqları üçün konkret müddət müəyyənləşdirmək düzgün olmaz:

Maşın almaq istəyənlərin nəzərinə... — Tələsməyin!

"Avtomobillərə gəldikdə isə seçim markadan, istehsal ilindən və texniki vəziyyətindən asılı olaraq dəyişə bilər. Məsələn, yeni və ya köhnə avtomobillər arasında seçim etmək mümkündür. Bu baxımdan, avtomobilin nə vaxt alınması hər bir vətəndaşın şəxsi seçimidir.

Təbii ki, hər kəs daha münasib qiymətə, istehsal ilinə uyğun olaraq daha yeni, müasir, komfortlu və ümumi tələbatlarını ödəyən avtomobil almaq istəyər. Bu, ailə avtomobili, iş maşını və ya dağlıq və digər çətin ərazilərdə hərəkət etmək üçün nəzərdə tutulan yolsuzluq avtomobili ola bilər.

Qarşıdan qış mövsümü gəlir. Qış aylarında insanlar psixoloji baxımdan avtomobil almağa o qədər də meyilli olmurlar. Onlar daha çox yaz və yay aylarında avtomobil almağa üstünlük verirlər.

Bu seçim avtomobilin keyfiyyəti, yanacaq sərfiyyatı və rentabelliyi ilə də müəyyən mənada əlaqəli ola bilər. Mövsümi amillər avtomobil bazarında alış prosesinə, alıcılıq qabiliyyətinə və insanların avtomobil seçiminə müxtəlif cür təsir göstərə bilər".

Müəllif: Nuray Paşşanlı

Editor
Redaktor