YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Uşaqlıq xatirələrini yada salan sadə alma deserti – Hazırlanma qaydası

Uşaqlıq xatirələrini yada salan sadə alma deserti – Hazırlanma qaydası

Evdə qalan bir neçə alma ilə həm dadlı, həm də hazırlanması asan desert bişirmək mümkündür. Görünüşü hər dəfə ideal alınmasa da, zərif dadı ilə seçilən bu şirniyyat ailə üzvlərinin sevimlisinə çevrilə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "KertVár" yazıb.

Reseptin müəllifi bildirib ki, uşaqlıqda nənəsi ona bu şirniyyatı tez-tez hazırlayarmış. İllər sonra həmin resepti öz ailəsi üçün sınayan qadın uşaqlarının da deserti çox bəyəndiyini və hər həftə bişirməsini istədiklərini qeyd edib.

Lazım olan ərzaqlar:

- 1 stəkan un
- 2 xörək qaşığı şəkər
- 1 çay qaşığı darçın
- 1 paket vanilli şəkər
- Bir çimdik duz
- 2 yumurta
- 1 stəkan süd
- 3 alma
- Qızartmaq üçün bitki yağı
- Üzərinə səpmək üçün şəkər kirşanı

Hazırlanma qaydası

Əvvəlcə un ələnir, üzərinə şəkər, darçın, vanilli şəkər və duz əlavə edilərək qarışdırılır. Ayrı qabda yumurtalar çalınır, süd əlavə olunur. Daha sonra quru ərzaqlar tədricən maye qarışığa tökülərək hamar xəmir hazırlanır.

Almaların qabığı soyulur, doğranır və xəmirə əlavə edilir. Tavada bol yağ qızdırıldıqdan sonra qarışıq qaşıqla hissə-hissə tavaya tökülür. Şirniyyatın hər iki tərəfi qızılı rəng alana qədər qızardılır. Sonda üzərinə şəkər kirşanı səpilir.

Bu üsulla hazırlanan desert klassik nazik blinçiklərdən daha çox alma ilə bişirilən kiçik pankekləri xatırladır. Daha nazik nəticə əldə etmək istəyənlər isə almaları sürtgəcdən keçirərək xəmirə əlavə edə bilərlər.

Reseptdə blinçiklərdən fərqli desert hazırlamaq variantı da təklif olunur: hazır blinçiklərin arasına üyüdülmüş qoz, mürəbbə və şirinləşdirici qarışığı çəkərək qat-qat tort hazırlamaq mümkündür.

Jalə