Sobada uzun müddət yığılan yağ və yanmış qida qalıqlarını təmizləmək üçün sirkə və sudan istifadə etmək olar. Bu üsul çətin təmizlənən çirkləri yumşaldaraq onların səthdən daha asan çıxmasına kömək edir.
Demokrat.az xəbər verir ki, "Southern Living" nəşrinin yazdığına görə, bunun üçün istiyədavamlı qaba su və bir stəkan ağ sirkə əlavə edib sobanın içərisinə yerləşdirmək lazımdır. Soba 230 dərəcəyə qədər qızdırılmalı və suyun buxarlanması üçün 30–60 dəqiqə gözlənilməlidir.
Daha sonra soba söndürülməli və tam soyuması gözlənilməlidir. İstilik və buxar qurumuş yağ qalıqlarını yumşaltdıqdan sonra daxili səthləri bərabər miqdarda su və sirkədən hazırlanmış məhlulla isladılmış süngər və ya parça ilə silmək olar.
Soba rəflərini təmizləmək üçün isə sirkə və qida sodasından istifadə etmək mümkündür. Rəflərə sirkə səpildikdən sonra üzərinə qida sodası tökülür və qarışığın təsir göstərməsi gözlənilir. Ardınca rəflər isti suda ən azı bir saat saxlanılır, süngərlə təmizlənir, yaxalanır və qurudulur.
Mütəxəssislər təmizləmə zamanı mətbəxin yaxşı havalandırılmasını və əlləri qorumaq üçün əlcək geyinilməsini tövsiyə edirlər. Həmçinin sirkəni ağardıcı, hidrogen peroksid, spirt və ammonyak tərkibli vasitələrlə qarışdırmaq olmaz.
Mütəxəssislərin tövsiyəsinə əsasən, sobada tökülən mayelər cihaz soyuduqdan sonra dərhal təmizlənməlidir. Dərin təmizləmə isə sobadan istifadə tezliyindən asılı olaraq hər 1–3 aydan bir, nadir hallarda istifadə edilirsə, təxminən altı aydan bir aparıla bilər.
Jalə


