YapiKredi Müraciət Forması
Dünya

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub.

Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, "AsiaOne" nəşrinin məlumatına görə, oktyabrın 11-də keçirilən toy mərasimində gəlin və bəyin 300 yaxın dostu və ailə üzvü iştirak edib.

Cütlüyün münasibəti aralarındakı 41 yaş fərqinə görə ictimaiyyətin diqqətini çəkib. Məlum olub ki, müğənni gələcək həyat yoldaşı ilə hələ ibtidai məktəbdə oxuyarkən tanış olub. Həmin vaxt Lo Vay Kvok onun atasının dostu olub.

Cütlük bildirib ki, uzun illər münasibətləri yalnız dostluq çərçivəsində olub, romantik hisslər isə cəmi bir neçə ay əvvəl yaranıb.

Lo Vay Kvok açıqlamasında bildirib ki, bəlkə də, əvvəldən bir-birlərinə qarşı rəğbət hiss ediblər, lakin bunu nə özləri anlayıb, nə də açıq şəkildə ifadə ediblər.

Yemina Yu Çun-yan Honkonq səhnəsinin gələcək vəd edən opera ifaçılarından hesab olunur. O, ənənəvi Kanton operası ifa edir. Müğənni məktəb illərində üç dəfə nüfuzlu müsabiqələrin qalibi olub, daha sonra janrın tanınmış ustadları ilə eyni səhnəni bölüşüb.

O, həmçinin Kanton operasını gənclər arasında tanıtmaq məqsədilə YouTube kanalı aparır.