Ermənistan Milli Məclisində, hakim partiya fraksiyasından olan bir deputatın çıxışı zamanı gərginlik yaşanıb.
Demokrat.az-ın məlumatına görə, Ermənistan parlamentindəki vəziyyət "Vətəndaş Müqaviləsi" fraksiyasından olan deputat Taron Çaxoyanın çıxışı zamanı, "Güclü Ermənistan" fraksiyasından olan deputat Narek Karapetyanın onun sözünü kəsməsi ilə daha da gərginləşib.
"Yerinizdən danışmayın! Fürsət veriləndə bu kürsüdən danışarsınız", – deyə Çaxoyan Karapetyana qışqırıb.
Karapetyanın cavabından sonra Çaxoyan ona: "Özün balaca uşaqsan!" – deyə qışqırıb.
Bundan dərhal sonra deputatların əksəriyyəti yerlərindən qalxaraq kürsüyə doğru irəliləyiblər və salonda əlbəyaxa dava düşüb.
Milli Məclisə sədrlik edən Ruben Rubinyan əvvəlcə fasilə elan etməyəcəyini bildirsə də, sonradan iclası dayandırmaq qərarına gəlib.


