Türkiyəli reper Sansar Salvo səhnə adı ilə tanınan Ekin Can Arslan barəsində "cəmiyyət üçün təhlükəli olması" əsas gətirilərək xəstəxanaya məcburi yerləşdirilmə qərarı verildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Senin İçin", "Gözlerimin İçinde" və "Duygusal Olmaya Gerek Yok" kimi mahnıları ilə tanınan reperin açıqlaması diqqət çəkib. Məlumata görə, daha əvvəl kliplərində narkotik istifadəsini təşviq etməkdə ittiham olunaraq həbs edilən sənətçi mart ayında azadlığa buraxılıb.
Bundan başqa, Ekin Can Arslanın üzərində qəyyumluq hüququnun valideynlərinə verildiyi bildirilir. Xəstəxanaya məcburi yerləşdirilmə qərarının hansı prosedur əsasında və nə vaxt icra olunacağı barədə isə məlumat verilməyib.
1989-cu ildə İstanbulun Kadıköy rayonunda anadan olan Sansar Salvo uşaqlıq yaşlarından musiqi ilə məşğul olub. 2010-cu ildə xərçəng diaqnozu qoyulan reper dörd il davam edən mübarizədən sonra xəstəliyə qalib gəlib. Onun "Adrenalin", "Seremoni Efendisi" və "24. Şarjör" albomları, eləcə də "180 km." və "Psikopat Yazar" mahnıları tanınır.
Jalə


