Bir zamanlar "Hayat Bilgisi" serialında canlandırdığı "Barbi Qəmzə" obrazı ilə məşhurlaşan türkiyəli aktrisa İpək Ərdəm yeni imici ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, 42 yaşlı aktrisa yeni layihəsi üçün görünüşündə köklü dəyişiklik edib.
Uzun illər sarı saçları ilə tanınan İpək Ərdəm 10 ildən sonra saç rəngini tündləşdirib. O, həmçinin yenidən kakül kəsdirərək fərqli görünüşə sahib olub.
Aktrisanın yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun son görünüşü "Hayat Bilgisi" serialındakı ilk illəri ilə müqayisə edilib.
Bildirilib ki, İpək Ərdəm bu dəyişikliyi yeni layihəsində canlandıracağı obrazın xarakterinə uyğunlaşmaq üçün edib. Lakin ekran işi ilə bağlı ətraflı məlumat hələlik açıqlanmayıb.
Qeyd edək ki, aktrisa "Hayat Bilgisi" ilə yanaşı, "Elveda Rumeli", "Lale Devri", "Eve Dönüş" və "Kuzgun" seriallarında da rol alıb.

Jalə


