YapiKredi Müraciət Forması
Cəmiyyət

Yeni Ombudsman seçiləcək

Yeni Ombudsman seçiləcək

Azərbaycanda yeni Ombudsman seçiləcək.

Demokrat.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə "İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ daxil edilib.

Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Prezident Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Bir şəxs maksimum 2 dəfə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilə bilər.

Səbinə Əliyevanı 29 noyabr 2019-cu ildə Milli Məclis Prezidentinin irəli sürdüyü 3 namizəd arasından Ombudsman seçib.