Türkiyəli məşhur fenomen Özlem Özün sosial şəbəkədə paylaşdığı görüntülər ciddi etirazlara səbəb olub. Fenomenin İnstaqram hesabına giriş məhdudlaşdırılıb.
Demokrat.az xəbər verir ki, Özlem Özün övladlarının sünnət mərasimi zamanı həkimlə söhbətini və uşaqların şəxsi anlarını sosial şəbəkədə paylaşması narazılıq yaradıb.
İzləyicilər uşaqların şəxsi həyatına müdaxilə edildiyini və onların məhrəmiyyətinin izləyici toplamaq məqsədilə pozulduğunu iddia ediblər. Sosial şəbəkə istifadəçiləri aidiyyəti qurumlara müraciət edərək fenomenin hesabının bağlanmasını tələb ediblər.
Etirazlardan sonra Özlem Özün İnstaqram hesabına giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, məhdudiyyətin İnstaqram tərəfindən, yoxsa dövlət qurumlarının qərarı ilə tətbiq edildiyi hələlik məlum deyil. Özlem Öz və həyat yoldaşı Tayyar Öz məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
Jalə


