"Google" süni intellektə görə məhkəməlik oldu

DÜNYA 16 sentyabr 2025, 00:12
"Rolling Stone", "Billboard" və "Variety" kimi məşhur nəşrlərin sahibi olan ABŞ-nin tanınmış media şirkəti "Penske Media" "Google"a qarşı məhkəmə iddiası qaldırıb.

Axşam.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkət iddia edir ki, "Google"un süni intellekt (Aİ) əsaslı axtarış xülasələri (AI Overviews) onun məqalələrindən icazəsiz istifadə edir və nəticədə veb-saytların ziyarətçi sayı azalır. İddia ABŞ-ın Vaşinqton şəhərində federal məhkəməyə təqdim edilib və bu, süni intellekt xülasələrinə görə "Google"a qarşı irəli sürülən ilk böyük nəşriyyat iddiası olub.

"Penske Media" bildirir ki, "Google"un yeni süni intellekt funksiyaları onların veb-saytlarına trafiki azaldır, bu da reklam və abunə gəlirlərinə mənfi təsir göstərir. Şirkət həmçinin qeyd edir ki, "Google" (Aİ) xülasələrində istifadə edə bilmədiyi hallarda, onların saytlarını axtarış nəticələrinə daxil etmir. Bu isə o deməkdir ki, "Google" ya məqalələrə görə ödəniş etməli, ya da süni intellekt sistemlərini öyrətmək üçün bu materiallardan imtina etməlidir.

Məlumata görə, hal-hazırda "Penske Media"ya aid veb-saytlara yönələn axtarış sorğularının təxminən 20%-i AI xülasələriilə əvəz olunur və bu göstəricinin daha da artacağı gözlənilir. 2024-cü ilin sonuna kimi şirkətin partnyor proqramlarından əldə etdiyi gəlirlər üçdə birdən çox azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 22:15
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
Top