Quterreş: Rusiya-Ukrayna münaqişəsinin həllində yaxın gələcəkdə irəliləyiş gözlənilmir

DÜNYA 16 sentyabr 2025, 21:31

Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllində qısamüddətli perspektivdə irəliləyiş gözlənilmir.

Bu barədə BMT Baş katibi Antoniu Quterreş mətbuat konfransında bildirib.

"Ukrayna probleminin qısamüddətli perspektivdə sülh yolu ilə nizamlanmasında irəliləyiş olacağı ilə bağlı nikbin deyiləm. Bizim mövqeyimiz çox aydındır: dərhal atəşkəs olmalıdır, lakin bu, həm də BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri əsasında həllə gətirib çıxaracaq atəşkəs olmalıdır", - o deyib.

Quterreş əlavə edib ki, hazırda Ukrayna və Rusiyanın mövqeləri bir çox cəhətdən uyğun gəlmir. Münaqişə bir müddət davam edə bilər, amma bu, xüsusən də mülki əhali üçün dramatik hadisələrlə nəticələnəcək.

"Münaqişənin qısa zamanda həllinə inanmıram. Çünki tərəflərin mövqelərini görürəm. Onlar çox fərqlidir. Ukraynanın öz ərazi bütövlüyünü qorumaqda qanuni marağı var. Amma digər yandan, aydındır ki, Rusiya Ukraynanın geniş ərazilərini öz nəzarətində saxlamaqda qərarlıdır", - Quterreş qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
16 sentyabr 2025, 19:57
Top