Pediatr: "Havanın kəskin dəyişməsi uşaqların immunitetini zəiflədir"

GÜNDƏM 16 sentyabr 2025, 20:41
“Hava kəskin dəyişəndə uşaqların xəstələnmə ehtimalı təəssüf ki, artır. Havanın tədricən soyuması uşağın orqanizminin də bu soyuğa adaptasiya olmasına kömək edir. Amma kəskin dəyişiklik immuniteti zəiflədə və uşağın infeksiyalara yoluxma ehtimalını artıra bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova deyib.

Onun sözlərinə görə, bağçaya və ya məktəbə gedən uşaqların valideynləri diqqətli olmalıdır:

“Uşaq evə gələn kimi burnunu və boğazını mütləq təmizləyin. Əgər uşaq balacadırsa, bunu daha yüngül şəkildə etmək lazımdır. Bitki çaylarından, "ramaşka" çayından istifadə, uşağa bol maye vermək vacibdir. Əgər virusa yoluxubsa, su həm bədəni yuyur, həm də virusun orqanizmdən atılmasına kömək edir. Rasionda vitaminli qidaları artırmaq lazımdır ki, immunitet möhkəmlənsin. Ən əsası isə xəstə uşağı kollektivə göndərməyin, çünki digər uşaqlar da yoluxa bilər və nəticədə təkrar infeksiya dövrü yarana bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
16 sentyabr 2025, 19:57
Top