Elektrikli və hibrid avtomobillər bahalaşacaq? — AÇIQLAMA

GÜNDƏM 03 oktyabr 2025, 19:09
“Avtomobillərin qiymət artımı istehsalçı zavodlarda avtomobilin dəyərinin artması və logistika xərclərinin artması halında baş verir”.

Bunu Demokrat.az-a “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. O bildirib ki, ölkəmizdə hazırda populyar olan elektrik və hibrid avtomobillərdir, bunlara dövlət tərəfindən xüsusi güzəştlər var:



“Elektrik avtomobilləri gömrük və ƏDV-dən azaddır, hibrid avtomobillər isə ƏDV-dən azaddır. Bu güzəştlərin müddəti 2026-cı ilin yanvar ayına qədərdir. Əgər bu güzəştlərin müddəti artırılmasa, əlbəttə ki, adı çəkilən avtomobillərin qiymətində artım olacaq. Amma güzəştlərin müddəti uzadılsa, artımdan yox, ucuzlaşmadan söhbət gedə bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 20:53
03 oktyabr 2025, 19:14
Top