"Bu gün "INMerge" Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən hökumət nümayəndələrini, innovatorları, investorları və ekosistem yaradıcılarını birləşdirir".
Demokrat.az xəbər verir ki, bu fikirləri "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində qurumun baş direktoru Cəlal Qasımov deyib.
Cəlal Qasımov qeyd edib ki, ötən gün ilk "INMerge" İnvestisiya Forumu keçirilib:
"İki sammit vahid bir tam kimi düşünülüb: investisiyalar və innovasiyalar. Onlar birlikdə regionun gələcəyinin ikiqat hərəkətverici qüvvəsinə çevrilirlər. Bu il "INMerge" yeni miqyasa və ambisiyalara yüksəlir. 5 000-dən çox iştirakçı ideya bölüşmək və birlikdə gələcəyi qurmaq üçün burada toplaşıb".
Cavidan Mirzəzadə
Demokrat.az