16 yaşadək şəxslər üçün sosial media bağlanır — Bu necə mümkündür?

GÜNDƏM 03 oktyabr 2025, 19:25
 Türkiyədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib. Bu barədə NTV telekanalı xəbər verib. Sənədə əsasən, provayderlər 16 yaşınadək uşaqlara xidmət göstərə bilməyəcək ki, bu da beynəlxalq platformaları onlar üçün əlçatmaz edir. Təşəbbüsün məqsədi uşaqları rəqəmsal təhlükələrdən və internetdəki zərərli məzmundan qorumaqdır. 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələnin texniki, inzibati və beynəlxalq platformalarla əlaqəli tərəfləri hələ mübahisəlidir:

“Yaş doğrulaması sistemlərinin necə işləyəcəyi,istifadəçidən sənəd tələb olunması, valideyn razılığı və nəzarəti və s. icra ilə bağlı məsələlərdə suallar mövcuddur.  Xaricdə fəaliyyət göstərən platformalar bu tələblərə necə əməl edəcəyi və kimin nəzarət edəcəyi maraq doğuran məqamlardır. Mövcud hesablar necə idarə olunacaq: bağlanacaq, saxlanacaq və ya müəyyən şərtlərlə qalacaqmı kimi suallar da mövcuddur. Belə ki, hüquqi, texniki və beynəlxalq əməkdaşlıq aspektlərində çoxsaylı çətinliklər var. “Sosial şəbəkə” dedikdə adətən xarici platformalar (Facebook, Instagram, TikTok, Twitter/X və s.) nəzərdə tutulur. Bu platformaların mərkəzi serverləri və yerləşdiyi ölkələrlə razılaşmalar beynəlxalq hüquqa əsaslanır. Qanun qəbul edilsə belə, onun praktiki tətbiqi bir çox çətinliklərlə üzləşə bilər.Platformalarda istifadəçilərin doğum tarixini düzgün daxil etməyə bilər, bu halda etibarlılıq olmayacaq, yəni insanlar yalan məlumat verə bilər. Etibarlı yaş doğrulaması sistemi yaratmaq üçün şəxsiyyət sənədlərinin yoxlanılması tələb oluna bilər, bu isə məxfilik və gizlilik problemləri yaradacaq. Qadağan olunmuş platformalara girişin bloklanması yerli provayderlər tərəfindən tətbiq edilə bilər, amma insanlar VPN, proksi kimi serverlər və digər dolaşıq üsullardan istifadə edə bilərlər.
Prosesi texniki nəzarətdə saxlamaq üçün dövlət orqanları texniki infrastruktur, monitorinq sistemləri və resurslara malik olmalıdır. Qlobal platformalar (məsələn, Meta, TikTok, X) ölkəqanunlarını ilə razı olmaya bilər və hüquqi qarşıdurmalar ola bilər. Məhdudlaşdırmalar mübahisə doğura bilər. Qadağanların qəbul olunması üçün siyasi, ictimai müzakirə, qanunvericilik təşəbbüsü, texniki infrastrukturun hazırlanması lazımdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 20:53
03 oktyabr 2025, 19:14
Top