“Püşkatma zamanı "Qarabağ"ın "Kopenhagen"ə qalib gələcəyini düşünmüşdüm, amma "Benfika"ya qalib gələcəklərini təxmin etməmişdim. Düşünürdüm ki, ən yaxşı halda 1 xal ala bilərik. İki oyundan 6 xal "Qarabağ"ın 24-lüyə düşməsinə zəmin yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış futbol eksperti Aslan Kərimov deyib. O bildirib ki, "Atletik Bilbao" ilə səfərdə oynanılacaq növbəti oyunda qalib gələ bilərik:

“Çünki rəqibin ən böyük silahı olan Leao olmayacaq. Bu hücumçunun olmadığı iki oyunu izləmişəm və bu iki oyunda "Atletik"in qələbə qazana bilməməsinin əsas səbəbi hücum silahları Leaonun olmaması idi. Müdafiədə həddindən artıq səhvlərə yol verirlər. Bu da "Qarabağ" üçün növbəti bir şansdır. Ən azından uduzmayacağımızı düşünürəm. Buradadan 1 xal götürsək, ilk 24 komanda içində olacağımıza şübhə etmirəm”.
Cavidan Mirzəzadə
Demokrat.az