YapiKredi Müraciət Forması
Kriminal Özəl

Küçədə dalaşdılar, məhkəmədə barışdılar — Yasamaldakı hadisənin təfərrüatı

Küçədə dalaşdılar, məhkəmədə barışdılar — Yasamaldakı hadisənin təfərrüatı

Bakının Yasamal rayonunda 28 yaşlı oğlan tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Nasir küçədə tanışı Bəhruzla (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında yaranan anlaşılmazlıq nəticəsində baş vermiş mübahisə zamanı Nasir Bəhruzun baş nahiyəsinə sol əli ilə iki dəfə yumruq zərbəsi endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Nasir barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nasir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ondan şikayətinin, eləcə də tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Nasir barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor