YapiKredi Müraciət Forması
Kriminal

"Seliverstov" 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb

Seliverstov 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb

İsrail vətəndaşı, "Beer David" mərkəzinin təsisçisi Yosefa Eyxelin Musavat.com-a verdiyi açıqlama ətrafında ciddi suallar yaranıb. Onun iddiasına görə, sosial şəbəkələrdə mərkəz haqqında yayılan ittihamlar İsrail Səhiyyə Nazirliyinin mövqeyi kimi təqdim edilən sənədlərə əsaslanır. Lakin Eyxel həmin sənədlərin həqiqi olmadığını və İsrailin müvafiq qurumundan aldığı rəsmi cavabın fərqli olduğunu bildirir.

O, həmçinin Albert Feyqelsonun paylaşımlarını, "David Silverstov"la əlaqəli yazışmaları və "Loqos" İnkişaf Mərkəzindən yayılan, araşdırma tələb edən məsələlər olduğunu deyir.

Yosefa Eyxelin sözlərinə görə, mərkəzə qarşı sosial şəbəkələrdə yayılan ittihamlar təkcə internet mübahisəsi ilə məhdudlaşmayıb, Azərbaycanda potensial müştərilərin qərarlarına da təsir göstərib.
Eyxelin açıqlamasında diqqət çəkən məqamlardan biri Albert Feyqelsonun sosial şəbəkələrdəki fəaliyyəti və onun "Loqos" İnkişaf Mərkəzi ilə əlaqələrinə dair iddialardır.

Yosefa Eyxelin sözlərinə görə, Albert Feyqelson "David Silverstov"un barələrində sosial şəbəkədə paylaşdığı materiala münasibət bildirib. Deyib ki, "David Seliverstov" "Beer David" və onun fəaliyyəti haqqında yalan ittihamlar səsləndirib. Eyxelin iddiasına əsasən, həmin paylaşımda İsrail Səhiyyə Nazirliyində onlara qarşı iş açılması barəsində böhtan da yer alıb.

Eyxelin sözlərinə görə, "David Seliverstov"un böhtanı üzərindən Feyqelson ona sosial şəbəkə üzərindən yazıb. O da öz növbəsidə Feyqelsondan konkret olaraq belə bir işin hansı əsasla və harada açıldığını soruşub. Qarşı tərəfin isə sənədləri şəxsi mesaj vasitəsilə göndərəcəyini bildirib.

"Beer David" təsisçisinin iddiasına görə, daha sonra ona şəxsi mesajda göndərilən material rəsmi dövlət sənədi deyil, süni intellekt vasitəsilə hazırlanmış hansısa çıxarış olub.

Eyxel bu materialın həqiqiliyini şübhə altına aldığını və özündə İsrail Səhiyyə Nazirliyindən alınmış rəsmi cavabın olduğunu bildirib və həmin cavab da redaksiyamıza təqdim edib.

102 səhifədən ibarət olan həmin cavabda İsrail Səhiyyə Nazirliyi "Beer David" şirkəti barəsində heç vaxt rəsmi məlumat yaymadığı, şirkətlə bağlı bütün yazışmaların daxili istifadə üçün olduğu vurğulanır.

Yosefa Eyxelin sözlərinə görə, may ayında vəkil vasitəsilə İsrail Səhiyyə Nazirliyə sorğu göndərilib. Sorğunun məqsədi sosial şəbəkələrdə qurumun mövqeyi kimi təqdim edilən sənədlərin həqiqiliyini aydınlaşdırmaq olub.

"Mənim əlimdə İsrail Səhiyyə Nazirliyinin əsl cavabı var. Biz may ayında vəkil vasitəsilə məhz onların yaydığı sənədlərlə bağlı sorğu göndərmişdik. İsrail Səhiyyə Nazirliyi bizə cavab verdi ki, belə bir sənəd dərc olunmayıb və nəşrə təqdim edilməyib", – deyə Eyxel açıqlamasında bildirib.

Eyxelin açıqlamasından belə aydın olur ki, Azərbaycanda fəaliyyətləri onların rəqiblərinin maraqları ilə üst-üstə düşmür. İsrail Səhiyyə Naziriliyi adından saxta və ya yanlış məzmunlu sənəd də həmin rəqiblərdən qaynaqlana bilər.

Yosefa Eyxelin açıqlamasında digər diqqətçəkən məqam onun Albert Feyqelsonla şəxsi yazışmaları ilə bağlıdır.

Eyxelin sözlərinə görə, o, qarşı tərəfə əlində İsrail Səhiyyə Nazirliyinin rəsmi cavabının olduğunu bildirdikdən sonra Feyqelson onu şantaj etməkdə ittiham edib. Feyqelson daha sonra yazışmaları və sənədləri "David Silverstov"a göndərdiyini bildirib.

Yosefa Eyxel Albert Feyqelsonun Azərbaycana ildə bir neçə dəfə gəldiyini və burada inkişaf mərkəzləri ilə əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, bu əməkdaşlıqlara "Loqos" İnkişaf Mərkəzi ilə əlaqələr də daxildir. Həmin inkişaf mərkəzi isə "David Seliverstov"un ailə üzvünündür.

Eyxel Feyqelsonun Azərbaycandakı fəaliyyətinin hüquqi əsasları barədə məlumata malik olmadığını söyləyir. O, təsisçisi olduğu "Beer David" mərkəzinə qarşı başladılan təqib prosesində Feyqelsonun rol oynadığını düşünür.

Yosefa Eyxelin açıqlamasında "Loqos"un adı təsadüfi çəkilmir. Müsahibin sözlərinə görə, onun rəhbərlik etdiyi mərkəz haqqında mənfi məlumatların yayılması Azərbaycanda ailələrin seçimlərinə təsir göstərib.

Eyxel deyir ki, "Loqos"da "Beer David"in fırıldaqçı olduğu barədə fikirlər səsləndirilib. O, bu iddiaların Feyqelsondan qaynaqlandığını düşündüyünü bildirir.

Yosefa Eyxelin sözlərinə görə "Beer David" haqqında yayılan mənfi məlumatlar artıq potensial müştərilərin qərarlarına təsir göstərib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl bir ailə uşağı mərkəzə gətirmək üçün müraciət edib.

Ailənin anası və nənəsi bu istiqamətdə maraqlı olsalar da, atanın buna etiraz etdiyini bildirir. Eyxelin nəqlinə görə, ata ailəyə "Loqos"da "Beer David"in fırıldaqçı olduğu barədə məlumat verildiyini söyləyib.

Eyxel deyir ki, bu, tək hadisə olmayıb və il ərzində oxşar hallarla dəfələrlə qarşılaşıblar.

Eyxelin sözlərinə görə, onun təsisçilərindən olduğu mərkəz haqqında yayılan məlumatlar səbəbindən potensial müştərilərin seçimlərinə təsir göstərir.

Yosefa Eyxelin açıqlamasına görə, İsraildəki mübahisənin başlanğıcı 2021-ci ildə "Beer David"in internet səhifəsində istifadə edilən bəzi ifadələrlə bağlı olub.

Onun sözlərinə görə, həmin vaxt mərkəzin saytında "müalicəvi meditasiyalar" və autizmin müalicəsi ilə bağlı yanlış anlaşılmaya səbəb ola biləcək ifadələrə etiraz edilib. Eyxel bildirir ki, mərkəzə iradlar məhz bu ifadələrin insanlar tərəfindən tibbi müalicə vədi kimi başa düşülə bilməsi ilə əlaqədar olub.

Müsahib həmin sözlərin tibbi xidmət göstərildiyi mənasında işlədilmədiyini, "müalicəvi meditasiyalar" ifadəsinin özlüyündə insanların bunu tibbi müdaxilə kimi qəbul etməsi üçün əsas olmadığını deyib.
Eyxelin sözlərinə görə, 2021-ci ildə başlayan məsələ sonradan sosial şəbəkələrdə onun mərkəzi haqqında daha geniş ittihamların yayılması üçün əsas kimi istifadə olunub.

O, həmçinin bildirir ki, İsraildə bu məsələlərlə bağlı sənədlər çoxhəcmlidir və oradakı vəkili məhkəmədə istifadə etmək üçün həmin sənədləri artıq saf-çürük edib.

Yosefa Eyxel bildirir ki, İsraildə cinayət işləri üzrə ixtisaslaşmış vəkillə işləyir. Müsahib ilin sonunadək məhkəməyə müraciət etməyi nəzərdən keçirdiyini bildirib.

Eyxelin açıqlamasında "David Seliverstov"un barələrində Gürcüstanda cinayət işi başlanması və məlumatı olan şəxslərin müraciət etməyə çağırması ilə bağlı da vəkillərlə məsləhətləşdiyini, məsələni hüquq-mühafizə orqanlarında araşdırılmasının və hüquqi qiymət verilməsinin tələb edəcəyini də açıqlayıb. Yosefa Eyxel deyir ki, "David Seliverstov" Bakıdan qaçana qədər min bir bəhanə ilə onlardan ümumilikdə 200 min manatdan artıq pul alıb. Bu haqda Azərbaycan hüquq-mühafizə orqanlarına müraciətlərindən sonra isə "David Seliverstov" sosial şəbəkələrdə onların şirkəti barəsində böhtan və yalandan ibarət məlumatlar yayıb. Yosefa Eyxel Azərbaycan hüquq-mühafizə orqanlarından "David Seliverstov"un təsisçisi olduğu şirkətə qarşı şər-böhtan kampaniyasında iştirak edən hər bir kəsin barəsində qanuni tədbir görülməsini də xahiş edib.

NE
Nihadə Eyyubova