Bu, Fransanı Azərbaycanla əməkdaşlığa sövq edib — Deputat

GÜNDƏM 03 oktyabr 2025, 20:43
"Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində Azərbaycan və Fransa liderləri arasında görüş keçirildi. Hesab edirəm ki, bu, önəmli görüş idi. Çünki Azərbaycan liderinin yaratdığı reallıq vaxtilə ölkəmizə qarşı antaqonist mövqedə olan Fransa kimi ölkələri Azərbaycanla əməkdaşlığa sövq edib”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, Fransa müharibədən sonra reallığı qəbul etmək istəmir, Ermənistanı revanşizmə səsləyirdi:

“Amma indi yeni reallıqlar mövcuddur,  hesab edirəm ki, görüş müsbət xarakterdə olub. Ümid etmək olar ki, iki ölkə arasındakı münasibətlərdə bir irəliləyiş olsun. Fransanın Cənubi Qafqazla bağlı proseslərə hər hansı münasibəti varsa, bunu Azərbaycanla qarşıdurma deyil, normal münasibətlər qurmaqla edə bilər. Düşünürəm ki, Fransa ilə münasibətlər normallaşsa, onda AŞPA ilə, Avropa institutları ilə müsbət irəlliləyiş ola bilər. Gözləyək, görək necə olur. Hər halda Azərbaycan liderinin yaratdığı reallıqları bütün dünya və Fransa da görür, qəbul edir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 21:58
03 oktyabr 2025, 20:53
03 oktyabr 2025, 19:14
Top