Hacıqabulda “05 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi — FOTOLAR

GÜNDƏM 03 oktyabr 2025, 21:43
03 oktyabr 2025-ci il tarixində Hacıqabul şəhərində yerləşən “AFFFA” restoranında Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə təhsil sektoru və ETİHİ Hacıqabul rayon Komitəsinin birgə təşkilatçılığı ilə “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon Təşkilatının sədri İsmayıl İbrahimov, hüquq-mühafizə orqanları, idarə və təşkilatların eləcə də təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil sistemində çalışan Vətən Müharibəsi veteranları iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Daha sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin eləcə də ötən bir il ərzində dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkədə təhsil sahəsinə diqqət və qayğıdan söz açdı. O qeyd etdi ki, bu gün Heydər Əliyev kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün işğaldan azad edilmiş rayonlarımız bərpa edilir, yenidən qurulur və həmin yerlərə həyat qayıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çətin peşə sahibi olan müəllimləri çox yüksək qiymətləndirir və onların maddi rifahını yaxşılaşdırır. Ölkəmizdə təhsil sisteminin hüquqi bazasının müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun ən yeni texnologiyalar əsasında daha da möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tədrisə tətbiqi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.

Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon Təşkilatının sədri İsmayıl İbrahimov müəllimləri təbrik etmiş və ən səmimi arzularını çatdırmışlar.

Tədbirdə təlim-tərbiyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edildi.

Çay süfrəsi ətrafında təşkil edilmiş tədbir rayon mədəniyyət işçilərinin ifasında musiqi nömrələri ilə davam etdi.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 21:58
03 oktyabr 2025, 20:53
Top