Dövlət xəstəxanalarında həkimlər bu yaşa qədər işləyə bilər — AÇIQLAMA

GÜNDƏM 03 oktyabr 2025, 21:16
"Dövlət xəstəxanalarında həkimlər üçün yaş məhdudiyyəti 65 yaşadək müəyyən edilib. Pensiya yaşına çatmış həkimlər yalnız ehtiyac olduqda və region xəstəxanası tərəfindən razılıq verildikdə, əlavə müqavilə əsasında müəyyən müddət işləyə bilərlər. Bu müddət bir il, altı ay, iki il kimi razılaşmalarla müəyyənləşdirilə bilər və həkimin səhhəti və sertifikasiyadan keçib-keçməməsi əsas rol oynayır".

Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib.

O, bildirib ki, həkimlər 65 yaşa qədər beş ildən bir sertifikasiyadan keçməlidir:

"Lakin illik 50 kredit bal toplayan elmi konfranslarda iştirak edən həkimlər beş ildən sonra sertifikasiya imtahanından azad edilirlər.
İstisna hallar da mövcuddur. Əgər həkim fəlsəfə üzrə tibbi doktor və ya tibb elmləri namizədi, eləcə də tibb elmləri doktoru statusundadırsa, onlar yaş məhdudiyyətinə məhəl qoyulmadan işləyə bilərlər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 21:58
03 oktyabr 2025, 20:53
Top