“Kanal-21”in admini həbs edildi — FOTO

HADİSƏ 17 avqust 2025, 16:56
Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

Demokrat.az xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 18:14
17 avqust 2025, 17:20
17 avqust 2025, 17:09
Top