“Qarabağ”ın növbəti matçını o idarə edəcək

İDMAN 17 avqust 2025, 15:23
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la Macarıstanda keçiriləcək ilk oyununun hakimləri müəyyənləşib.

Demokrat.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 18:14
17 avqust 2025, 17:20
17 avqust 2025, 17:09
Top