Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlanıb

İDMAN 15 avqust 2025, 15:44
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

Demokrat.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top