“Gəncə şəhərində qurumuş ağacların nişanlanması müsbət bir haldır. Qurumuş ağacları kəsib, yerinə yeni ağacların əkilməsi nəzərdə tutulur”.
Bunu "Səma və Eko" İctimai Birliyinin sədri İradə Həsənova Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bəzi ağaclar fərqli yerlərə də köçürülə bilər:
“Azərbaycanda yaşıllaşma ilə bağlı sürətli inkişaf gedir. Hansı ağaclar zərərlidirsə, onlar üçün çıxış yolu axtarılır. Zərərli ağacların olmasındansa, kəsib yerinə fərqli ağacların əkilməsi daha önəmlidir. Buna görə də hazırda atılan addımlar yerindədir. Boşuna heç bir ağac, heç bir canlı məhv edilmir. Kəsilən ağacların yerinə ya yeni ağaclar əkiləcək, ya da gözəl park salınacaq. Bütün bunlar hava və insanlar üçün edilir”.
Leyla Turan
Demokrat.az