“Bu gün Alyaskada Donald Trampla Vladimir Putin arasında 7 ildən sonra tarixi bir görüş olacaqdır. Görüşdə həm iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı, həm də dünya ictimaiyyəti üçün vacib bir çox mövzularda müzakirələrin aparılacağı gözlənilir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, Cənubi Qafqazda baş verən sülh prosesləri də müzakirə mövzusu olacaq:

“Çünki Vaşinqton Sammiti Rusiyanın iştirakı olmadan keçirildi və yüksək nəticələrlə başa çatdı. Rusiya yüz illər idi ki, xalqlar arasında ədavət salmaqla özünü balanslaşdırıcı kimi təqdim edərək Cənubi Qafqazı nəzarət altında saxlayırdı. İndi isə yaranmış yeni reallıq Cənubi Qafqaza Rusiyasız sülh və əməkdaşlıq gətirir. Bu baxımdan Cənubi Qafqazda baş verən proseslərdən kənarda qalması Rusiyanı çox narahat edir. Son vaxtlar Rusiyanın mediasında Azərbaycana və Ermənistana qarşı davam edən qərəzli kampaniyada da bir daha bunun təsdiqini görürük.
Trampla Putin arasında “Tramp yolu”, yəni Zəngəzur dəhlizi ilə bağlı müzakirənin olacağı mütləq şəkildə gözləniləndir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq region xalqlarının maraqlarına uyğundur. Rusiyanın nəyi və necə istəməyindən asılı olmayaraq regionumuza sülh və əməkdaşlıq gələcək. Belə ki, uzun illər düşmən olmuş xalqlar yenidən münasibətləri formalaşdıraraq sülh içində yaşayacaqlar”.
Cavidan Mirzəzadə
Demokrat.az