“Trampla Putin arasında olduqca maraqlı görüş gözlənilir. Məncə, bu, dönüş nöqtəsi ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, bundan sonra əgər Putin Ukraynaya qarşı aqressiv mövqeyindən əl çəkməsə, atəşkəsə razı olmasa, Tramp tərəfindən Rusiyaya qarşı ciddi addımlar atıla bilər:
“Lakin Putinin mövqeyində müəyyən yumşalmalar da ola bilər. Bu da Trampa ümid verə bilər ki, gələcəkdə Putinlə başqa bir formatda görüş keçirsin və s. Olduqca mürəkkəb bir situasiyadır. Putin işğal etdiyi torpaqlardan əl çəkmək niyyətində deyil, bunu bütün səviyyələrdə etiraf edir. Ukrayna isə öz torpaqlarını Rusiyaya güzəştə getmək niyyətində deyil.
Tramp beynəlxalq səviyyədə ABŞ-nin mövqeyini gücləndirmək üçün Rusiyanın aqressiv mövqeyi ilə heç vaxt razılaşmayacaq. Rusiyanın nümayəndə heyətində maliyyə və müdafiə nazirlərinin də yer alması olduqca ciddi suallar doğurur. Ola bilsin, burada gələcək iqtisadi məsələlər də müzakirə edilsin”.
Cavidan Mirzəzadə
Demokrat.az