YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Şəkillərimi cərraha göstərib, ora-buralarını mənə oxşatdırırlar — Mətanət

Şəkillərimi cərraha göstərib, ora-buralarını mənə oxşatdırırlar — Mətanət

Müğənni Mətanət Əsədova şəxsi həyatı, ailə qurmaqla bağlı düşüncələri və ünvanına səsləndirilən tənqidlər barədə danışıb.

Demokrat.az xəbər verir ki, sənətçi "Bir gün" proqramında çıxışı zamanı müğənni olmağı həyatındakı yanlış qərarlardan biri hesab etdiyini bildirib.

"Bir yanlışlığım var ki, müğənni olmuşam. Bu dəqiqə bu səhnəyə çıxmağa çoxlarının ürəyi gedir. Gəlməyin, gedin ailə qurun və xoşbəxt yaşayın, bir kişinin çörəyini yeyin. Özüm kişi kimi pul qazanıram. Gərək o tərəfdən olsun?" – deyə ifaçı bildirib.

Mətanət Əsədova artıq ailə qurmaq barədə düşünmədiyini də açıqlayıb. Onun sözlərinə görə, bu istiqamətdə əvvəlki istəkləri qalmayıb və hazırda sağlamlığına, mənəvi rahatlığına daha çox önəm verir.

Sənətçi həmçinin onu bəyənmədiklərini deyən bəzi xanımların əslində danışıq və geyim tərzini təqlid etdiyini iddia edib.

"Bəzi xanımlar deyir ki, bunu sevmirəm. Amma danışığımı, geyimimi təkrarlayır. Plastik cərrahlar deyir ki, sizin şəklinizi gətirirlər, ora-buralarını sizə oxşatmaq istəyirlər. Məni bəyənmirlər. Sənətdə olanlardan isə danışmıram", – deyə Mətanət Əsədova qeyd edib. (axsam.az)

D
demokrat.az