YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Fənərbağça" keçmiş ulduzunu geri qaytarmaq istəyir

Fənərbağça keçmiş ulduzunu geri qaytarmaq istəyir

Türkiyənin "Fənərbağça" klubu müdafiə xəttini gücləndirmək üçün sabiq futbolçusu Kim Min-Jeni yenidən heyətinə qatmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, "Fanatik" nəşrinin məlumatına görə, baş məşqçi Emre Belözoğlu cənubi koreyalı müdafiəçinin transferinə müsbət yanaşıb.

İstanbul təmsilçisi mövsümün sonunda çempionluq hədəfinə çatmaq üçün qış transfer pəncərəsinə indidən hazırlaşır. Xüsusilə mərkəz müdafiəçisi mövqeyinə yüksək səviyyəli futbolçu axtaran klubun planları Natan Akenin zədə problemi səbəbindən dəyişib. Belözoğlunun istəyinə əsasən, komandaya birbaşa əsas heyətdə oynaya biləcək müdafiəçi cəlb olunmalıdır.

Bu baxımdan "Fənərbağça"nın diqqəti vaxtilə komandada çıxış etmiş Kim Min-Jeyə yönəlib. Lakin İstanbul klubu bu transferdə tək deyil. "Beşiktaş"ın da 30 yaşlı futbolçu ilə maraqlandığı bildirilir.

Kim Min-Je 2021-ci ilin yayında Çinin "Beijing Guoan" klubundan "Fənərbağça"ya keçərək Avropa karyerasına başlayıb. O, bir il sonra 19 milyon avroya "Napoli"yə, 2023-cü ildə isə 50 milyon avro qarşılığında "Bayern"ə transfer olunub.

Almaniya klubunda bu mövsüm əvvəlki illərlə müqayisədə daha az oyun şansı qazanan müdafiəçinin vəziyyəti İstanbul təmsilçisi tərəfindən araşdırılır. Bildirilir ki, yaxın vaxtlarda həm futbolçunun özü, həm də "Bayern" rəhbərliyi ilə mümkün keçidlə bağlı müzakirələr aparılacaq.

"Bayern" ayrılığa razılıq verərsə, "Fənərbağça" rəsmi danışıqlara başlayacaq. Klubun ilkin planı Kim Min-Jeni məcburi satınalma şərti ilə icarəyə götürməkdir. Bununla belə, danışıqların gedişindən asılı olaraq başqa transfer formullarının da gündəmə gələcəyi istisna edilmir.