YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Aya "səyahət etmək" mümkün olacaq: 5 milyard dollarlıq nəhəng kompleks tikilir

Aya səyahət etmək mümkün olacaq: 5 milyard dollarlıq nəhəng kompleks tikilir

Kanadanın "Moon World Resorts" şirkəti ziyarətçilərə özlərini Ayda hiss etmək imkanı verəcək nəhəng əyləncə və istirahət kompleksi layihəsi hazırlayır. Təxminən 5 milyard dollara başa gələcəyi gözlənilən layihə çərçivəsində süni Ay səthi və beşulduzlu hotel inşa ediləcək.

Demokrat.az xəbər verir ki, layihələndirilən kompleksin hündürlüyü 312 metr, kürə formasında olan konstruksiyasının diametri isə 271 metr olacaq.

Kompleksin daxilində 4 min otaqlı beşulduzlu hotel, həmçinin təxminən 49 min kvadratmetr sahəni əhatə edən süni Ay landşaftı yaradılacaq. Ziyarətçilər burada Ayın səthini xatırladan ərazidə gəzə, kosmik bazanı araşdıra və astronavtların hazırlıq mərhələlərini imitasiya edən təlimlərdə iştirak edə biləcəklər.

Ay səthində gəzinti təəssüratı yaradacaq 90 dəqiqəlik ekskursiyanın qiymətinin təxminən 500 dollar olması nəzərdə tutulur.

Layihənin məsləhətçisi kanadalı astronavt Ceremi Hansendir. O, 2026-cı ilin aprelində "Artemis II" missiyası çərçivəsində Ayın ətrafında uçuşda iştirak edib. Hansenin süni Ay landşaftının yaradılması və astronavt hazırlığı proqramının hazırlanmasında şirkətə kömək edəcəyi bildirilir.

Şirkət gələcəkdə dünyanın müxtəlif ölkələrində bu konsepsiya əsasında 10-dək istirahət kompleksi açmağı planlaşdırır. Bununla belə, ilk obyektin harada tikiləcəyi və inşaat işlərinə nə vaxt başlanacağı hələ açıqlanmayıb.