YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Soyuqdan gələn kimi qaynar çay içməyin – dişlərinizə zərər verə bilər!

Soyuqdan gələn kimi qaynar çay içməyin – dişlərinizə zərər verə bilər!

Soyuq havada küçədən evə qayıdan kimi bir fincan qaynar çay içmək çoxlarının vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuqdan sonra həddindən artıq isti içki qəbul etmək diş minasına zərər verə, hətta köhnə plombların sıradan çıxmasına səbəb ola bilər.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, stomatoloq-terapevt Mariya Milova soyuq və isti temperatur arasındakı kəskin fərqin diş toxumalarına mənfi təsir göstərə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, diş minası və dentin temperatur dəyişikliklərinə fərqli sürətlə reaksiya verir. Bu isə diş toxumalarında gərginlik yaradaraq mikroskopik çatların əmələ gəlməsinə səbəb ola bilər.

Həmin çatlara bakteriyaların daxil olması kariyes riskini artıra bilər. Xüsusilə köhnə plombları olan şəxslər daha diqqətli olmalıdırlar.

Temperatur fərqinin təsiri nəticəsində plomb ətrafında rəng dəyişikliyi, diş səthində nahamarlıq, qopmalar, ağrı və isti-soyuğa qarşı kəskin həssaslıq yarana bilər. Belə əlamətlər müşahidə olunduqda stomatoloqa müraciət etmək tövsiyə edilir.

Dişləri qorumaq üçün nə etməli?

Mütəxəssis küçədən isti məkana daxil olduqdan dərhal sonra qaynar çay və ya qəhvə içməməyi məsləhət görür. Dişlərin temperatur dəyişikliyinə uyğunlaşması üçün təxminən 5-10 dəqiqə gözləmək, içkiləri isə bir qədər soyuduqdan sonra qəbul etmək lazımdır.

Həmçinin soyuq və isti qidaları qısa müddətdə növbəli şəkildə qəbul etməkdən çəkinmək tövsiyə olunur.