YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial media

Vatsapda yeni "bənövşəyi" funksiya - FOTOLAR

Vatsapda yeni bənövşəyi funksiya - FOTOLAR

Vatsap status paylaşımlarının məxfiliyini fərdiləşdirməyə imkan verən yeni funksiyanı təqdim edir.

Yenilik istifadəçilərə statuslarını yalnız seçdikləri şəxslərlə paylaşmaq imkanı verəcək.

Yeni funksiyanın əsas xüsusiyyəti "Yaxın dostlar" siyahısının yaradılmasıdır. İstifadəçilər bu siyahıya daxil etmək istədikləri şəxsləri özləri seçə biləcəklər. Beləliklə, paylaşılmış status bütün kontaktlar əvəzinə yalnız müəyyən edilmiş auditoriyaya görünəcək.

Funksiyanın diqqətçəkən tərəflərindən biri isə bənövşəyi halqa və ürək işarəsidir. Bu vizual göstəricilər məhdud auditoriya üçün paylaşılmış statusları fərqləndirmək məqsədi daşıyır.

İstifadəçilərin siyahını fərqli adlandırması və ona uyğun emoji seçməsi də nəzərdə tutulan imkanlar arasındadır.

Qeyd edək ki, yeni funksiya mərhələli şəkildə sınaqdan keçirilir. Onun bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı ilə bağlı dəqiq tarix açıqlanmayıb. (Qafqazinfo)

1 / 4