YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Peşmanam" - Nüşabə Ələsgərli

Peşmanam - Nüşabə Ələsgərli

Ayın 30-35 gününü toy məclislərində keçirən Nüşabə Ələsgərli bu seçimindən peşman olduğunu açıqlayıb. Müğənni etiraf edib ki, maddi qazancın arxasınca qaçarkən ürəyindən keçən mahnıları oxumağa vaxt ayıra bilməyib.

Sənətçi bildirib ki, yaradıcılığında istədiyi nəticəni əldə edə bilməməsinin əsas səbəblərindən biri məclislərin çoxluğu olub.

"Ürəyim istəyəni oxumadım, toylara qaçdım. Yaxşı mahnılar yazdırmaq istəyirdim, amma məclislərdə çox olduğum üçün buna vaxt qalmırdı. Buna görə peşmanam. İstədiyim mahnıları ürəyim istəyən kimi oxumadım", – deyə o bildirib.