Türkiyəli müğənni Safiye Soymanın həyat yoldaşı Faik Öztürklə paylaşdığı romantik fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin diqqətini cütlüyün "Ölümsüz eşq" mesajından çox fotodakı güclü filtr çəkib.
Demokrat.az xəbər verir ki, sənətçinin paylaşımında üz cizgilərinin xeyli dəyişməsi izləyicilərin diqqətindən yayınmayıb. Bəzi istifadəçilər Soymanı başqa məşhurlara bənzədib, bəziləri isə filtrdən həddindən artıq istifadə edilməsini tənqid ediblər.
Gələn rəylərə səssiz qalmayan müğənni özünə ünvanlanan bənzətmələrə etiraz edib:
"Mən yalnız özümə bənzəyirəm. Xahiş edirəm, şərh yazarkən diqqətli olun. İnsanları incitmək əvəzinə, daha hörmətli davranın".




