YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Bu ölkədə qəbiristanlıqda qeyri-adi qərar: Başdaşlarına stiker yapışdırılacaq

Bu ölkədə qəbiristanlıqda qeyri-adi qərar: Başdaşlarına stiker yapışdırılacaq

Rusiyanın Kareliya bölgəsində yerləşən Kostomukşa şəhərinin qəbiristanlığında aparılacaq yoxlama işləri maraqlı qərarla gündəmə gəlib. İnventarlaşdırma zamanı bəzi məzarların üzərindəki əklillər və gül kompozisiyaları götürüləcək, başdaşlarına isə xüsusi rəngli stikerlər yapışdırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Bildirilib ki, qəbiristanlıqda dəfn yerlərinin inventarlaşdırılması aparılacaq. İşlər çərçivəsində mütəxəssislər başdaşlarını fotoşəkillə qeydə alacaq, üzərindəki ad və tarixlərin oxunaqlılığını yoxlayacaqlar.

Yazıları və digər məlumatları örtən əklillər və gül kompozisiyaları müvəqqəti olaraq götürülə bilər. Başdaşlarına yapışdırılacaq rəngli stikerlərin isə dəfn yerlərinin qeydiyyatı üçün müvəqqəti nişanlama vasitəsi olduğu bildirilib.

Şəhər administrasiyası sakinlərdən bu işlərə anlayışla yanaşmağı xahiş edib. Qeyd olunub ki, müvəqqəti götürülən əşyaların hamısının əvvəlki yerinə qaytarılmasına zəmanət verilmir.

Bununla belə, sakinlərdən birinin əklillərin zibilə atılıb-atılmayacağı ilə bağlı sualına cavab olaraq administrasiya onların atılmasının nəzərdə tutulmadığını açıqlayıb.