YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Sızanağa qarşı yeni peyvənd sınağa çıxarılır

Sızanağa qarşı yeni peyvənd sınağa çıxarılır

Sızanaq probleminin müalicəsində yeni mərhələyə keçid ola bilər. Fransanın əczaçılıq şirkəti "Sanofi" mRNA texnologiyasına əsaslanan peyvəndi insanlar üzərində sınaqdan keçirməyə hazırlaşır.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, yeni preparat sızanaqların yaranmasında rol oynayan Cutibacterium acnes bakteriyasının iltihabı tətikləyən zülalını hədəf alır. Məqsəd immun sisteminə həmin zülalı tanımağı və təsirsiz hala gətirməyi öyrətməkdir.

Klinik sınaqlara 18-45 yaş arası könüllülər cəlb olunacaq. Araşdırmanın bir mərhələsində orta və ağır dərəcəli sızanaqları olan 800, digər mərhələsində isə yüngül akne problemi yaşayan 228 nəfərin iştirakı nəzərdə tutulur.

Yeni peyvəndin təhlükəsizliyi və effektivliyi məhz bu sınaqlarda qiymətləndiriləcək. Hələlik onun sızanaqların müalicəsində təsdiqlənmiş vasitə olmadığını qeyd etmək vacibdir.