Bəzi insanlar erkən yatmağa üstünlük verir, digərləri isə gecə saatlarına qədər oyaq qalmağı sevir. Astrologiyaya əsaslanan yanaşmaya görə, hər bürcün özünəməxsus yuxu rejimi və istirahət üçün ideal hesab edilən saatı var.
Demokrat.az xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Məlumata görə, Qoç bürcündən olanlar üçün gecə saat 00:00 yatmaq üçün münasib vaxt hesab olunur. Onlar enerjili olmaları və yorğunluqlarını çox vaxt büruzə verməmələri ilə seçilirlər. Buna görə də maraqlı söhbətlər və əyləncələr naminə istirahəti gecikdirə bilirlər.
Buğa və Əkizlər üçün ideal saat 02:00-dır. Buğalar axşam yeməklərinə, dostlarla görüşlərə və rahat mühitdə vaxt keçirməyə üstünlük verirlər. Əkizlər isə yeniliklərə maraqları səbəbindən gecə saatlarında belə film izləməkdən, xəbər oxumaqdan və ünsiyyətdən yorulmurlar.
Xərçənglərə saat 21:00-da, Şirlərə isə 04:00-da yatmaq tövsiyə olunur. Astrologiya şərhlərinə görə, Xərçənglər yuxusuzluqdan daha çox təsirlənir və istirahət rejiminə diqqət yetirməlidirlər. Şirlər isə əyləncələrin və sosial tədbirlərin sonuna qədər qalmağı sevdikləri üçün yuxuya gec gedirlər.
Qız bürcü üçün 23:00, Tərəzi üçün isə 00:00 uyğun vaxt hesab edilir. Qızlar gündəlik işlərini tamamlamadan dincəlmək istəmirlər. Tərəzilər isə mədəni tədbirlərə və dostlarla görüşlərə maraq göstərsələr də, istirahətə də vaxt ayırmağa çalışırlar.
Əqrəblərə 22:00, Oxatanlara 02:00 saatında yatmaq məsləhət görülür. Astrologiyaya görə, Əqrəblər yuxusuz qaldıqda daha əsəbi ola, Oxatanlar isə gecə əyləncələrinə və yeni tanışlıqlara görə yatmağı təxirə sala bilərlər.
Oğlaqlar üçün ən münasib vaxt 21:00, Dolçalar üçün 01:00 göstərilir. Oğlaqlar nizam-intizamı sevdikləri üçün erkən istirahətə üstünlük verirlər. Dolçalar isə sosial mühitə və yeni insanlarla tanışlığa maraqları səbəbindən gec yatmağa meyilli hesab olunurlar.
Balıqların isə saat 22:00-da yatması tövsiyə edilir. Onların emosional tarazlığını qoruması və yaradıcılıq qabiliyyətlərini saxlamaq üçün kifayət qədər istirahətə ehtiyac duyduğu bildirilir.



