Azərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq

HADİSƏ 15 avqust 2025, 16:45
Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.

Zərərçəkmişlərin bəziləri metal ticarəti qurmaq, bəziləri isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərin bəlli yaşayış yerləri olması, ziyanın bir qisminin ödənilməsi nəzərə alınaraq barələrində həbs deyil, polis nəzarəti qaydasında qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai araşdırma bu günlərdə artıq başa çatıb. Verilmiş ittihamla təqsirləri sübuta yetiriləcəyi halda qardaşlar 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top