Uşaqlar və texnologiya: Sağlam böyümə üçün düzgün balans necə qurulmalıdır?

GÜNDƏM 15 avqust 2025, 18:07
“Uşaqların texnologiyadan tamamilə uzaq böyüməsi də, həddindən artıq ekran qarşısında vaxt keçirməsi də sağlamlıq baxımından risklidir”.

Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib. 
O deyib ki, burada əsas məsələ balansı qorumaqdır:

“2 yaşına qədər uşaqlara ekran istifadəsi ümumiyyətlə tövsiyə edilmir. 2–5 yaş arası uşaqlar üçün isə gündə maksimum 1 saat, məktəb yaşlı uşaqlar üçün isə 1,5–2 saatdan artıq olmamalıdır. Ekran vaxtı, mütləq fiziki aktivlik, açıq havada oyunlar, yaradıcı fəaliyyətlər və ailə içi ünsiyyətlə balanslaşdırılmalıdır. Əgər uşaq texnologiyadan istifadə edirsə, bu, passiv izləmə deyil, interaktiv, öyrədici və yaşına uyğun məzmun olmalıdır. Valideynin yanında və izahı ilə baxmaq daha faydalıdır. Belə yanaşma uşağın həm sağlam böyüməsini, həm də gələcəkdə texnologiyaya uyğunlaşma bacarığını təmin edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top