“Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar təsdiq edir ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilib”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva deyib. O bildirib ki, son 7 ildə dövlət başçıları arasında keçirilmiş görüşlər bu tərəfdaşlığın müsbət dinamikasını əks etdirir:
“Artıq Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə keçdiyini göstərir.
İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji üzrə layihələr əsas yer tutur. Azərbaycanın xam neft ixracında İtaliyanın lider mövqeyi, qaz idxalında isə ikinci yerdə olması bu ölkənin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Trans-Adriatik Boru Kəmərinin (TAP) icrası mərhələsində Prezident Mattarellanın şəxsi müdaxiləsi və problemlərin həllində iştirakı göstərir ki, tərəflər yalnız maraqlar əsasında deyil, həm də qarşılıqlı etimad prinsiplərinə söykənən əməkdaşlıq modeli formalaşdırıblar.
Bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu da o deməkdir ki, boru kəməri ilə ən çox ölkəyə qaz ixracında Azərbaycan birinci yerdədir”.
Deputat qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır:
“Humanitar və təhsil əməkdaşlığı artıq yeni bir mərhələyə qədəm qoyulub. Prezidentlərin iştirakı ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığını elm, təhsil və mədəniyyət müstəvisində də möhkəmləndirir. Bu layihə həm Azərbaycanın təhsil sisteminin beynəlmiləlləşdirilməsi, həm də iki ölkənin gəncləri arasında dərin mədəni körpülərin qurulması baxımından əhəmiyyətlidir.
İkitərəfli münasibətlərdə digər mühüm məqam isə Avropa İttifaqı ilə əlaqələrin inkişafında İtaliyanın rolu ilə bağlıdır. Rəsmi Roma daim Azərbaycanın Avropa ilə münasibətlərinin güclənməsini dəstəkləyib və bu gün də həmin xətt davam etdirilir. Bu baxımdan İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır”.
Cavidan Mirzəzadə
Demokrat.az