Gürcüstanda etirazçılar prezident sarayının ərazisinə giriblər, DİN xəbərdarlıq edib

DÜNYA 04 oktyabr 2025, 20:07
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, Tbilisidə davam edən mitinq "Məclis və nümayiş haqqında" qanunla müəyyən edilmiş normaları aşıb.

"Report"un yerli bürosu xəbər verir ki, nazirliyin məlumatına görə, aksiyanın təşkilatçıları zorakılığa çağırışlar ediblər və prezident sarayının binasına daxil olmağa cəhd göstəriblər.

"Təşkilatçılar Atoneli küçəsində yerləşən prezident sarayının baryerlərini zədələyib və binaya soxulmağa cəhd ediblər", – deyə DİN-in bəyanatında bildirilib.

Nazirlik mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb.

"Əks halda, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə edəcəklər", – bəyanatda qeyd olunub.

Nazirlik vurğulayıb ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 21:27
Top