Everestdə qar çovğunu: Min turist təcrid olunub

HADİSƏ 05 oktyabr 2025, 18:26
Everest zirvəsinin şərq yamacında güclü qar yağması səbəbilə təxminən min nəfər təcrid vəziyyətinə düşüb.

Oxu.Az bu barədə "Sansyan duşibao" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, ötən günü Everestin şərq yamacında oktyabrın əvvəli üçün xarakterik olmayan son illərin ən güclü qar çovğunu başlayıb.

Qeyd olunub ki, qar örtüyünün dərinliyi xilasetmə əməliyyatını çətinləşdirir, turistlər isə aşağı enə bilmirlər, ərazidə görüntü məsafəsi bir metrdən aşağı enib.

Hal-hazırda yerli xilasetmə dəstələri, kənd sakinləri və peşəkar bələdçilər hadisə yerinə yollanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 oktyabr 2025, 19:33
05 oktyabr 2025, 17:45
05 oktyabr 2025, 17:29
Top