Çində çikunqunya virusuna 3 mindən çox yeni yoluxma qeydə alınıb

DÜNYA 05 oktyabr 2025, 20:30
Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma qeydə alıblar.

"Report"un məlumatına görə, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (RCDC) məlumat yayıb.

Sentyabrın 21-dən 27-dək Quanqdonda bu virusa 3153, sentyabrın 14-dən 20-dək isə 2426 yeni yoluxma halı aşkar edilib.

Viruslar sentyabrın 28-dən oktyabrın 4-dək müəyyən edilib. Xəstəlik yalnız ağcaqanad dişləməsi zamanı ötürülür. Odur ki, bölgədə tez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşı mübarizəni çətinləşdirir.

Güclü yağışlar və daimi rütubət ağcaqanadlar üçün əlverişli şərait yaradır. Hal-hazırda çikunqunya virusu üçün müalicə və ya peyvənd yoxdur. İnkubasiya dövrü adətən 3 ilə 12 gün arasında dəyişir. İnfeksiyaya yoluxmuş şəxslərdə qızdırma, titrəmə, bel və oynaqlarda ağrılar və səpgilər müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 oktyabr 2025, 19:33
05 oktyabr 2025, 17:45
Top