Rusiyada rəfiqəsi ilə əlbir olan gənc qız anasını və 11 yaşlı qardaşını öldürdü

HADİSƏ 05 oktyabr 2025, 22:34

Yakutskda (Rusiya) 16 yaşlı iki rəfiqə nəzarətə götürülüb. Onlar 40 yaşlı Valeriya Mixaylovanı və onun 11 yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunurlar.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, qadın və uşağın üzərində zorakılıq əlamətləri olan meyitləri şəhərdəki mənzillərdən birində aşkar edilib. Müstəntiqlər hadisə yerindən bıçaq və çəkic tapıblar.

Ertəsi gün qızlar saxlanılıblar və məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Faktla bağlı "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, azyaşlı da daxil olmaqla iki nəfərin öldürülməsi" maddəsi ilə araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 oktyabr 2025, 23:57
05 oktyabr 2025, 19:33
Top